...

Çin şirkəti Azərbaycanda "yaşıl enerji"nin istehsalında iştirak etməyi planlaşdırır

Energetika Materials 8 Sentyabr 2020 08:15 (UTC +04:00)
Çin şirkəti Azərbaycanda "yaşıl enerji"nin istehsalında iştirak etməyi planlaşdırır

Bakı. Nərgiz Sadıxova - Trend:

Çinin bərpa olunan enerji sahəsində fəaliyyət göstərən "Universal Energy" şirkəti Azərbaycanda "yaşıl enerji"nin istehsalını təmin etmək məqsədilə ölkədə işə başlamağı planlaşdırır.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, hazırda şirkət Qazaxıstanda altı enerji layihəsinə malikdir. Bu layihələlər çərçivəsində 3 Günəş elektrik stansiyası artıq fəaliyyət göstərir, 3 külək elektrik stansiyası isə tikilməkdədir: "Hazırda "Universal Energy" Qazaxıstanda bərpa olunan enerji layihələrinin ən iri investorlarından biridir".

Şirkətin nümayəndəsi bildirib ki, cari hesablamalara əsasən, bu layihələrin işə salınması karbon qazı tullantılarını ildə 987,5 ton azaltmağa imkan verəcək: "Qazaxıstanda əldə olunan təcrübədən istifadə etməklə şirkət Azərbaycanda "yaşıl enerji"nin istehsalını təmin etmək məqsədilə biznes qurmağı planlaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti