...

Azərbaycan nefti bahalaşmaqdadır

Energetika Materials 7 Oktyabr 2020 13:33 (UTC +04:00)
Azərbaycan nefti bahalaşmaqdadır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 41,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti