Bakı. Ləman Zeynalova - Trend:
Türkiyənin "BOTAŞ International Limited" (BIL) bu günədək Ceyhan neft terminalında 3,555 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından neft daşıyan 4 640 tanker yola salınıb.
2020-ci ilin əvvəlindən Ceyhan neft terminalında 259 AÇQ nefti daşıyan tanker və ya 195,5 milyon tona yaxın neft yola salınıb.