...

Azərbaycan nefti 1 sent ucuzlaşıb

Energetika Materials 30 Yanvar 2021 12:18 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 56,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti