...

Bolqarıstanın energetika naziri IGB-nin işə salınacağı vaxtı açıqlayıb

Energetika Materials 12 Fevral 2021 14:16 (UTC +04:00)
Bolqarıstanın energetika naziri IGB-nin işə salınacağı vaxtı açıqlayıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Cənub Qaz Dəhlizi" strateji və irimiqyaslı layihəsinin uğurla reallaşdırılması son illərdə qaz tədarükünün şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətlərin ayrılmaz hissəsidir.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclasında deyib.

Nazir bildirib ki, bu layihə Bolqarıstanın, Cənub-Şərqi Avropanın və ümumilikdə Avropa İttifaqının enerji təhlükəsizliyini möhkəmləndirəcək.

O qeyd edib ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsini təşkil edir:

"Layihə, həmçinin cənubdan şimala "Şaquli" qaz dəhlizinin tikintisi üçün Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstanın birgə təşəbbüslərinin reallaşdırılmasında vacib rol oynayır. COVID-19 pandemiyası ilə əlaqədar ləngimələrə baxmayaraq, layihənin bu ilin ikinci yarısında işə salınması gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti