Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 3-də 64,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.