...

AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neftin həcmi açıqlanıb

Energetika Materials 25 İyun 2021 13:49 (UTC +04:00)
AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neftin həcmi açıqlanıb

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2021-ci il tarixinədək təqribən 565 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, AÇG-dən 533 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyun tarixinədək təqribən 564,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Ölkədə neft emalı 2021-ci ilin yanvar-may ayında 2,7 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 132,8 min ton çox olub.

Twitter: Fidan_Babaeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti