...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 26 Avqust 2021 11:50 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 70,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti