...

Neft bazarı tələbin qarşılanması üçün əlavə təkliflərə ümid edə bilər - "Wood Mackenzie"nin vitse-prezidenti

Energetika Materials 8 Sentyabr 2021 14:06 (UTC +04:00)
Neft bazarı tələbin qarşılanması üçün əlavə təkliflərə ümid edə bilər - "Wood Mackenzie"nin vitse-prezidenti

Bakı. Ləman Zeynalova - Trend:

"OPEC plus"un neft hasilatının bərpası ilə bağlı planların dəyişdirilməməsi barədə son qərarı fonunda neft bazarı, tələbin qəflətən dəyişməməsi və ya təklifin azalmaması təqdirində, tələbin qarşılanması və stabil qiymətlər üçün əlavə təkliflərə ümid edə bilər.

Bunu Trend-ə "Wood MacKenzie" beynəlxalq konsaltinq şirkətinin neft araşdırmaları üzrə vitse-prezidenti Enn-Luiza Hittl deyib.

O bildirib ki, "OPEC plus"un sentyabrın 1-də keçirilmiş görüşünün nəticələri gözlənilməz olmayıb:

"Biz bu görüşü "OPEC plus"un əvvəlki sazişlə bağlı kompromisinin uğur göstəricisi kimi qiymətləndiririk. Bu onu ifadə edir ki, neft bazarı tələbin qəflətən dəyişməməsi və ya təklifin azalmaması təqdirində, tələbin qarşılanması və stabil qiymətlər üçün əlavə təkliflərə ümid edə bilər. Qeyd olunan hallarda qiymətlər azala və ya arta bilər. "OPEC plus" hasilat həcmlərinin müəyyənləşdirilməsi məqsədilə hər ay görüş keçirməyi planlaşdırır. Əgət tələb kəskin azalarsa, "OPEC plus" hasilatın artırılması planlarını təxirə sala bilər".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti