...

BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Energetika Materials 15 Sentyabr 2021 10:23 (UTC +04:00)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 17,434 milyon ton neft nəql olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 74,7 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 23,331 milyon ton neft nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,56 faiz azdır.

Yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2,213 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti