...

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 148 faiz yerinə yetirib

Energetika Materials 15 Oktyabr 2021 10:25 (UTC +04:00)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 148 faiz yerinə yetirib

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin sentyabrında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici avqust ayında 0,6 milyon barel/sutkaya bərabər idi.

Qeyd olunub ki,sentyabr ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 148 faiz yerinə yetirib:

"Sentyabr və oktyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,63 və 0,64 milyon barel/sutka təşkil edir".

Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən Azərbaycanın noyabr ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 71 min barel təşkil etməli, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 647 min barel/sutka təşkil etməlidir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti