...

"bp" AÇG bloku üzrə xərcləri azaldıb

Energetika Materials 4 Noyabr 2021 14:12 (UTC +04:00)
"bp" AÇG bloku üzrə xərcləri azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin ilk üç rübü ərzində "bp" şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə əməliyyat xərcləri 398 milyon dollardan çox, əsaslı xərclər isə 1,243 milyard dollara yaxın olub.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

2020-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 399 milyon dollar və 1,398 milyard dollara bərabər idi.

Qeyd olunur ki, 2021-ci ilin üçüncü rübündə AÇG-də "Azeri Central East" (ACE) platformasının tikintisi layihəsinin reallaşdırılması plana uyğun davam edib.

Üçüncü rüb ərzində platformanın tikintisi üçün qalan əsas avadanlığın böyük hissəsi Bakıya gətirilib. Son tədarüklərin dördüncü rübdə başa çatdırılması planlaşdırılır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti