...

2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb

Energetika Materials 6 Dekabr 2021 12:36 (UTC +04:00)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb

Bakı. Xaqan İsayev - Trend:

2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda xam neft hasilatı 170,1 milyon barelə çatacaq, bu isə 2021-ci il üçün proqnozlaşdırılan göstəricidən 0,87 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcə layihəsi barədə rəyində deyilir.

Qeyd olunur ki, 2021-ci ildə 171,6 milyon barel neft hasilatı proqnozlaşdırılırdı.

Xatırladaq ki, bu ilin doqquz ayı ərzində AÇG blokundan neft satışından əldə olunan gəlir 3,966 milyon dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti