...

Serbiyada enerji böhranı Azərbaycandan alınan mazut sayəsində aradan qaldırıldı - Vuçiç

Energetika Materials 19 Dekabr 2021 23:02 (UTC +04:00)
Serbiyada enerji böhranı Azərbaycandan alınan mazut sayəsində aradan qaldırıldı - Vuçiç

Bakı. Trend:

Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində "tam xaos" yaranır.

Trend-in məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Kostolats" İES-ə baxış keçirən zaman deyib.

"Hazırda Serbiyada 500 ev təsərrüfatından başqa hamının elektrik enerjisi var. Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə stabildir. Bir az sakitləşə bilərik, baxmayaraq ki, Avropanın əhəmiyyətli bir hissəsində tam xaos yaranmağa başlayır, bunu hər yerdə, bütün birjalarda, hər qiymətdə görmək olar", - deyə Serbiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Serbiyada enerji böhranı Azərbaycandan və İrandan alınan mazut sayəsində aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti