...

Polşanın baş naziri yüksək qaz və enerji qiymətlərində Aİ-ni günahlandırır

Energetika Materials 31 Dekabr 2021 03:59 (UTC +04:00)
Polşanın baş naziri yüksək qaz və enerji qiymətlərində Aİ-ni günahlandırır

Bakı. Trend:

Avropada qaz və enerji qiymətlərinin yüksək olmasına görə Avropa İttifaqı qismən məsuliyyət daşıyır.

Trend xəbər verir ki, bunu yerli telekanalın efirində Polşanın baş naziri Mateuş Moraveçki deyib.

O, qaz şantajı elementi kimi istifadə edildiyi iddia edilən “Şimal axını 2” qaz kəmərini xatırladıb.

"Biz Avropada, bütün Avropa İttifaqında bu cür şantajlara aydın şəkildə cavab verməliyik. Qısa müddətdə güclü siyasətlə, eləcə də uzunmüddətli perspektivdə qaz və enerji infrastrukturunun inkişafı ilə cavab verməliyik", deyə baş nazir bildirib.

Qeyd edək ki, bu gün dekabrın 6-dan ilk dəfə olaraq qaz qiymətləri min kubmetr üçün 1000 dollardan aşağı, yəni 987,9 dollara düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti