...

Azərbaycan qazını daşıyacaq İon-Adriatik kəmərinin tikintisi üçün layihə şirkəti açıqlanıb

Energetika Materials 4 Fevral 2022 13:41
Azərbaycan qazını daşıyacaq İon-Adriatik kəmərinin tikintisi üçün layihə şirkəti açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

İon-Adriatik qaz kəmərinin (IAP) tikintisi üçün Xorvatiyanın Split şəhərində yerləşən layihə şirkəti və qaz kəmərinin keçdiyi dörd ölkədən səhmdarlar məsuliyyət daşıyacaq.

Trend bu barədə EURACTIV nəşrinə istinadən məlumat verir.

Qeyd olunur ki, pandemiya və digər bazar şərtləri Avropanın ən böyük enerji layihələrinin reallaşdırılmasını ləngidib.

Marşrutun çətinliyi, eləcə də dörd ölkənin və dörd operatorun fəaliyyətinin əlaqələndirilməsi işin sürətinə və layihənin reallaşmasına təsir edir.

Bugünədək Xorvatiya IAP-ın tikintisinin hazırlıqları üçün Aİ fondlarından 3,5 milyon avro vəsait əldə edib. Monteneqro ilə Bosniya və Herseqovina da Brüsselden ümumilikdə 4,2 milyon avro vəsait alıb.

Qeyd edək ki, IAP layihəsi başa çatdıqdan sonra Cənub-Şərqi Avropanın bir çox ölkəsi qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Uzunluğu 516 kilometr olan boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyada başa çatacaq. Boru kəmərinin buraxılış gücü ildə 5 milyard kubmetr qaz təşkil edəcək. Bu həcmdən Albaniya 1 milyard kubmetr, Monteneqro 500 milyon kubmetr, Bosniya və Herseqovina 1 milyard kubmetr, Xorvatiya 2,5 milyard kubmetr təbii qaz alacaq.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti