...

bp BTC kəməri ilə neft ixracının həcmini açıqlayıb

Energetika Materials 5 May 2022 13:24 (UTC +04:00)
bp BTC kəməri ilə neft ixracının həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Qeyd edək BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti