Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 127,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 126,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 85,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,14 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)