...

Səudiyyə Ərəbistanı Çinə neft tədarükünü azaldacaq

Energetika Materials 11 İyun 2022 09:25 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Çinə neft tədarükünü azaldacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti iyul ayında Çinin bir sıra neft emalı zavodu üçün xam neft tədarükünü azaltmaq qərarı verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yazır.

Qeyd olunur ki, "Aramco" Çində azı beş zavoda gələn ay müqavilədə nəzərdə tutulandan daha az xam neft tədarük edəcəyi barədə xəbərdarlıq edib.

Bu qərarın dünya bazarlarında neftə tələbatının artması ilə əlaqədar verildiyi bildirilir.

Eyni zamanda "Aramco" Malayziyadakı "Petronas"la birgə müəssisəyə tədarükü artırmaq niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti