...

Cənub Qaz Dəhlizinin genişlənməsi Aİ-nin şaxələndirmə üzrə hədəfinə çatmaqda mühüm töhfə olacaq

Energetika Materials 5 Avqust 2022 10:58 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin genişlənməsi Aİ-nin şaxələndirmə üzrə hədəfinə çatmaqda mühüm töhfə olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Cənub Qaz Dəhlizinin genişlənməsi Avropa İttifaqının (Aİ) şaxələndirmə üzrə hədəfinə nail olmasında mühüm töhfə olacaq.

Bunu Trend-ə Kiprin e-CNHC konsaltinq şirkətinin baş direktoru Çarlz Ellinas deyib.

O qeyd edib ki, Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsindəki anlaşma memorandumu vaxtında imzalanmış sənəddir.

"Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin və enerji məsələləri üzrə komissarı Kadri Simsonun Bakıya səfəri Aİ-nin Azərbaycandan tədarükün artmasına verdiyi önəmi vurğulayır. Azərbaycandan Avropaya qaz tədarükünü ötənilki 8 milyard kubmetrdən 12 milyard kubmetrədək artırmaq olar. İmzalanmış memorandum bu həcmləri 2027-ci ilədək iki dəfə artırmağa imkan verir. Bu, Aİ-nin tədarük mənbələrini şaxələndirmək və Rusiya qazından imtina prosesində mühüm töhfə olacaq", - deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan indiyədək Aİ-nin etibarlı enerji tərəfdaşı olub və bundan sonra da olmaqda davam edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti