Bakı. Trend:
Qazaxıstan və Azərbaycan Qazaxıstan neftinin Azərbaycan ərazisindən mümkün nəqli ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu "KazMunayQaz" şirkətinin İdarə heyətinin sədr müavini Dauren Karabayev deyib.
Onun sözlərinə görə, Qazaxıstan neftinin nəqli barədə Azərbaycan tərəfi ilə danışıqlar müxtəlif səviyyələrdə, o cümlədən dövlət səviyyəsində, milli şirkətlər səviyyəsində davam etdirilir.
"Hələlik detallar razılaşdırılmalıdır, Azərbaycan tərəfi ilə razılıq əldə olunduqdan sonra ətraflı məlumat veriləcək. Məlum olduğu kimi Azərbaycanın iki neft kəməri var, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa. Bu xətlər potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər", - deyə o bildirib
(Tərcümə: Orxan Nəbiyev)