...

"Cənub Qaz Dəhlizi" QSC-nin gəlirləri 2 dəfədən çox artıb

Energetika Materials 5 Sentyabr 2022 18:50 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" QSC-nin gəlirləri 2 dəfədən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Cənub Qaz Dəhlizi" QSC-nin 2021-ci ildə gəlirləri əvvəlki illə müqayisədə 2,05 dəfə artaraq 1,763 milyard dollar təşkil edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir. 2020-ci ildə QSC-nin gəlirlər 861,551 milyon dollara bərabər idi.

2021-ci ildə "Cənub Qaz Dəhlizi"nin Azərbaycanda gəlirləri 522,345 milyon dollar, Gürcüstanda 2,173 milyon dollar, Türkiyədə isə 1,238 milyard dollar təşkil edib.

Eyni zamanda, QSC-nin məcmu aktivləri 2021-ci ildə 0,03 faiz azalaraq 12,672 milyard dollar, borc öhdəlikləri 9,5 faiz azalaraq 7,676 milyard dollara bərabər olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti