...

TAP-ın genişləndirilməsi ilə bağlı yekun qərarın veriləcəyi vaxt açıqlanıb

Energetika Materials 7 Sentyabr 2022 10:33 (UTC +04:00)
TAP-ın genişləndirilməsi ilə bağlı yekun qərarın veriləcəyi vaxt açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) genişləndirilməsi barədə yekun qərar 2023-cü ilin əvvəlində qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati "Gastech" konfransı zamanı deyib.

O qeyd edib ki, əlavə qaz həcmləri Azərbaycanın bir neçə yatağından daxil olacaq.

"Gücün artırılması üçün kifayət qədər tələb olarsa, biz bu prosesə başlaya bilərik. 36 aydan sonra biz ilk əlavə həcmlərin tədarükünü həyata keçirə bilərik, 60 aydan sonra isə buraxılış gücünü ikiqat artıra bilərik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti