Bakı. Trend:
Avropanın qaz-nəqliyyat operatorları Azərbaycanla əməkdaşlığın genişləndirilməsini təklif edir.
Trend bu barədə "Bulgartransgaz" şirkətinə istinadən məlumat verir.
Qeyd olunur ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz operatorları "Bulgartransgaz", "Transgaz", "FGSZ" və "Eustream" mövcud şəbəkələrlə əlavə təbii qaz həcmlərinin nəqli yolu ilə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üzrə birgə addımlar atmağı təklif edir. Qaz-nəqliyyat operatorları Aİ ilə Azərbaycan arasında 2022-ci il iyulun 18-də imzalanmış strateji əməkdaşlıq sazişi çərçivəsində işini davam etdirəcək.
Şirkətlər vurğulayır ki, qısa müddət ərzində və minimal xərclərlə mövcud infrastrukturun təkmilləşdirilməsi Türkiyə və Yunanıstandan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya vasitəsilə Mərkəzi və Qərbi Avropaya 5 milyard kubmetrədək təbii qaz nəql etməyə imkan verəcək. Bu, avropalı istehlakçılara Cənub Qaz Dəhlizi ilə daha çox qaz almağa imkan verəcək.
(Tərcümə: Orxan Nəbiyev)