...

"Şərqi Mərkəzi Azəri" platformasında neft hasilatının başlayacağı vaxt açıqlanıb

Energetika Materials 7 Oktyabr 2022 15:55 (UTC +04:00)
"Şərqi Mərkəzi Azəri" platformasında neft hasilatının başlayacağı vaxt açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Şərqi Mərkəzi Azəri" (ACE) platformasında neft hasilatına 2024-cü ildən başlamaq planlaşdırılır.

Trend-in məlumatına görə, bunu ACE platformasının layihə meneceri Nil Filips deyib.

Onun sözlərinə görə, 2023-cü ilin birinci rübündə ACE platformasının aşağı hissəsinin quraşdırılması başlanacaq.

"Platformanın yuxarı hissəsi hələlik tikilir. Bütün hissələr quraşdırılandan sonra biz neft hasilatına 2023-cü ilin sonu, 2024-cü ilin əvvəllərində başlamağı planlaşdırırıq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti