...

Pərviz Şahbazov ilin sonunadək Avropaya nəqli planlaşdırılan qaz həcmini açıqlayıb

Energetika Materials 13 Oktyabr 2022 15:19 (UTC +04:00)
Pərviz Şahbazov ilin sonunadək Avropaya nəqli planlaşdırılan qaz həcmini açıqlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin sonunadək Azərbaycan Avropaya imzalanmış müqavilələri uyğun olaraq 11,5 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu bu gün energetika naziri Pərviz Şahbazov "Rusiya enerji həftəsi" çərçivəsində deyib.

O qeyd edib ki, gələn il ixrac həcmi bu səviyyədə qala və ya daha da yüksələ bilər.

Nazir əlavə edib ki, Cənub Qaz Dəhlizinin nəql gücü 2027-ci ilədək iki dəfə artırıla bilər.

"Türkiyə istiqamətində nəql olunan ildə 16 milyard kubmetr 31 milyard kubmetrədək, Trans-Adriatik qaz xətti ilə nəql olunan 10 milyard kubmetr 20 milyard kubmetrədək artırıla bilər" - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti