...

BTC Azərbaycanda neft sahəsininin inkişafında ən vacib layihələrdən biridir - Əli Əhmədov

Energetika Materials 3 Noyabr 2022 12:39 (UTC +04:00)
BTC Azərbaycanda neft sahəsininin inkişafında ən vacib layihələrdən biridir - Əli Əhmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi Azərbaycanda neft sahəsininin inkişafında strateji vacib layihələrdən biri olub.

Trend-in məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Əhmədov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkə səmərəli neft strategiyasını da yaradıb.

"Azərbaycan bu gün onlarla ölkəni neft və qazla təmin edir. Bunun əsasını 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" qoyub", - deyə o bildirib.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan bu gün bir çox ölkə üçün strateji əhəmiyyət daşıyan enerji layihələrinin təşəbbüskarı olub.

"Qeyd edim ki, ərazilərin erməni işğalından azad edilməsi bizim üçün və bütün region üçün böyük iqtisadi imkanlar yaradıb. Azərbaycan irimiqyaslı nəqliyyat-logistika layihələri yaradır ki, bunlar da Asiya ilə Avropa arasında əlaqənin qurulmasına xidmət edəcək", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti