...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 24 Noyabr 2022 11:01 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 86,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,31 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 85,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,08 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti