...

Bir neçə günlük ucuzlaşmadan sonra neft bahalaşır

Energetika Materials 9 Dekabr 2022 10:08 (UTC +04:00)

Bakı. Trend:

Dünya birjalarında neftin qiyməti dörd günlük ucuzlaşmadan sonra bahalaşıb.

Trend “Praym”a istinadən xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,75% artaraq 76,72 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 0,78% artaraq 72,02 dollara çatıb.

Bu müddət ərzində Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 11,03%, WTI-nin yanvar fyuçersləri 11,67% ucuzlaşmışdı.

Bazarlar dünyanın ən böyük neft idxalçıları və istehlakçılarından biri olan Çində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra neftə tələbatın artım perspektivlərini qiymətləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti