Bakı. Trend:
Londonun "ICE" birjasında "Brent" markalı neftin 2023-cü ilin fevral fyuçerslərinin qiyməti "Keystone" Boru Kəməri Sisteminin bir hissəsinin yenidən işə salınmasından sonra 1% ucuzlaşıb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
"Brent" markalı neftin qiyməti 0,73 faiz azalaraq 82,1 dollar/barel olub.
Eyni zamanda, "WTI" markalı neftin 2023-cü ilin yanvar ayı üçün fyuçersləri 0,89 faiz azalaraq bir barel üçün 76,59 dollar təşkil edib.