...

TAP alternativ enerji ilə işləyən elektrik mühərriklərinin quraşdırılması imkanlarını araşdırır - icraçı direktor

Energetika Materials 11 Fevral 2023 17:10 (UTC +04:00)
TAP alternativ enerji ilə işləyən elektrik mühərriklərinin quraşdırılması imkanlarını araşdırır - icraçı direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu bərpa olunan enerji mənbələri ilə işləyən elektrik mühərriklərinin quraşdırılması imkanını araşdırır.

Bu barədə Trend-ə TAP-ın icraçı direktoru Luka Skyepatti deyib.

"Biz TAP olaraq əvvəlki kimi "təmiz" enerjiyə keçidə, xüsusən Cənub-Şərqi Avropada tam sadiqik. TAP-ın genişləndirilməsi gələcəkdə istixana qazlarının, uçucu tullantıların azaldılmasına və ekoloji cəhətdən təmiz qazların (hidrogen və biometan) nəqlinə yönəlmiş bir sıra həllərin reallaşdırılmasını əks etdirir. Bu səbəbdən kompressor stansiyalarının çox yüksək gərginlikli şəbəkələrə qoşulmasının mümkünlüyü, həmçinin elektrik mühərriklərinin qaz turbinləri əvəzinə bərpa olunan enerji mənbələri ilə işləyən elektrik mühərriklərinin quraşdırılması nəzərdən keçirilir. TAP borularının hidrogen nəqli üçün 100 faizlik uyğunluğu da xüsusi laboratoriyalarda yoxlanılır", - o deyib.

Skyepatti TAP-ın dünyada mövcud və yeni boru kəmərləri ilə hidrogen nəqli üzrə ilk proqramın hazırlanmasına dair birgə H2Pipe layihəsinin iştirakçısı olduğunu və bu layihənin təkcə TAP üçün deyil, digər transmilli birləşdirici xətlər üçün də faydalı olacağını qeyd edib

Qeyd edək ki, Trans-Adriatik Boru Kəmərinin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və 20 milyard kubmetrədək ikiqat artırılması mümkündür.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti