...

TAP İtaliya, Yunanıstan və Bolqarıstana qaz tədarükünün həcmini açıqlayıb

Energetika Materials 11 Fevral 2023 13:16 (UTC +04:00)
TAP İtaliya, Yunanıstan və Bolqarıstana qaz tədarükünün həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) Bolqarıstanda qaza tələbatın təqribən 30 faizini, Yunanıstanda 20 faizini, İtaliyada isə 10 faizdən çoxunu qarşılayır.

Bunu Trend-ə TAP-ın icraçı direktoru Luka Skyepatti deyib.

"2023-cü ildə ötən illərdə əldə etdiyimiz yüksək göstəriciləri qoruyub saxlamağı planlaşdırırıq. Təkcə 2022-ci ildə təqribən 11,5 milyard kubmetr qaz nəql etmişik, bunun təqribən 10 milyard kubmetri İtaliyanın payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 3 milyard kubmetr artıqdır. Bundan bir neçə gün əvvəl biz boru kəməri istismara verildikdən etibarən İtaliya, Yunanıstan və Bolqarıstana nəql edilmiş 20 milyard kubmetr qazla hədəfi keçmişik", - o deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti