...

Azərbaycan qazının Avropaya nəqli regionun enerji təhlükəsizliyində böyük rol oynayır - Conatan Elkind

Energetika Materials 22 Fevral 2023 18:46 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqli regionun enerji təhlükəsizliyində böyük rol oynayır - Conatan Elkind
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan qazının Avropaya nəqli regionun enerji təhlükəsizliyində böyük rol oynayır.

Trend-in məlumatına görə, bu barədə Kolumbiya universitetinin Qlobal Enerji Siyasət Mərkəzinin böyük elmi işçisi Conatan Elkind Gələcəyə uyğun enerji təhlükəsizliyi mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Avropa bu gün bərpa olunan enerji mənbələrinə keçidi geniş müzakirə etməkdədir.

"Avropa hazırda bərpa olunan enerjinin istehsalını artırmaq yolu ilə özünün enerji asılılığını azaltmaq istiqamətində çalışır. Bərpa olunan enerjiyə keçid dövründə Avropa müəssisələrinə hələ də ənənəvi enerji, xüsusən kömür, qaz və digər növ yanacaq lazım olacaq", - Elkind deyib.

O, Rusiya-Ukrayna müharibəsinin qlobal bazarda enerji böhranı yaratdığını vurğulayıb.

"Burada söhbət enerji daşıyıcıları və digər yanacaq növlərinin qiymətində kəskin artımdan gedir. Burada, həmçinin, təchizat zəncirinin pozulmasından da danışmaq olar. Bundan başqa, biz inflyasiya və ərzaq məhsullarının qiymətlərində artım müşahidə edirik. Bundan təkcə Rusiya və Ukrayna deyil, bütün dünya əziyyət çəkir", - Elkind deyib.

Onun sözlərinə görə, Avropaya rus qazının nəqli illik həcmdə 155 milyard kubmetr təşkil edib.

"Avropaya rus qazının nəqlinin dayandırılması böyük iqtisadi xərclərə, həmçinin, sənayenin və ağır sənaye istehsalının dayanmasına gətirib çıxarıb", - Elkind qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti