...

"Cəbrayıl" enerji qovşağından ixrac olunan elektrik enerjisinin həcmi artırıla bilər

Energetika Materials 27 Fevral 2023 14:22 (UTC +04:00)
"Cəbrayıl" enerji qovşağından ixrac olunan elektrik enerjisinin həcmi artırıla bilər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Cəbrayıl. Trend:

"Azərenerji" ASC "Cəbrayıl" enerji qovşağından ixrac olunan elektrik enerjisinin həcmini artıra bilər.

Bu barədə Trend-ə "Qarabağ regional elektrik şəbəkəsi" MMC-nin direktoru Mircəlal Hüseynov enerji qovşağının tikintisi ilə tanışlıq məqsədilə təşkil olunmuş mediaturda deyib.

Onun sözlərinə görə, birinci mərhələdə Qarabağ iqtisadi rayonunun tələbatını nəzərə alaraq Avropa İttifaqı (Aİ) bazarına təqribən min meqavat elektrik enerjisi ixrac etmək planlaşdırılır.

"Biz bu gün "Cəbrayıl" elektrik qovşağının tikintisini minimal müddətdə bitirmək üzrəyik. İkinci və üçüncü mərhələlərin də təqribən bu cür minimal müddətdə tamamlanacağından əminik. Xüsusən, qeyd etmək istəyirəm ki, gələcəkdə bu enerji qovşağından ixrac olunan enerjini artırmaq lazım gələrsə, yarımstansiyaların gücünü artıra bilərik. Eyni zamanda, Qarabağın elektrik enerjisinə əlavə ehtiyacını qarşılamaq üçün əlavə yarımstansiyaların inşasını, həmçinin, ixrac olunan enerjinin həcminin artırılmasını da istisna etmirik", - o deyib.

M.Hüseynov stansiyaya elektrik enerjisinin İmişli, Ağcabədi və yaxınlıqdakı digər rayonlardan daxil olacağını vurğulayıb.

"Biz ilk növbədə bütün Qarabağ ərazisinin, o cümlədən, burada tikiləcək zavod və fabriklərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını qarşımıza məqsəd olaraq qoymuşuq", - o əlavə edib,

Qeyd edək ki, ixrac imkanlarının artırılması və Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, "Xudafərin" və "Qız qalası" elektrik stansiyalarında istehsal olunan enerjinin ixracı, o cümlədən, alternativ, bərpa olunan enerji mənbələrindən və kiçik su elektrik stansiyalarından enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürülməsi baxımından Cəbrayılda yarımstansiyanın inşası çox vacib və perspektiv meqalayihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti