...

Əhalinin yanacaq xərcləri cüzi artıb

Energetika Materials 14 Mart 2023 20:24 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi ümumilikdə 408,7 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı əldə edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən bildiriblər.

Strukturda benzin və dizel yanacağının satışından əldə olunan gəlirin ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,7 faiz artdığı qeyd olunub.

Azərbaycanda hesabat dövründə ümumi pərakəndə əmtəə dövriyyəsində avtomobil benzini və dizel yanacağının satışından əldə olunan gəlir 4,97 faiz təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral ayları ərzində pərakəndə ticarət şəbəkəsində satışı həyata keçirilmiş məhsulların dəyəri 8,2 milyard manat təşkil edib (2,8 faiz artım), o cümlədən 4,6 milyard manat dəyərində qida, içki və tütün məhsulu (2,2 faiz artım), 3,6 milyard manat dəyərində (3,5 faiz) isə qeyri-qida məhsullarının satışı həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti