...

Dünya birjalarında neftin qiyməti ucuzlaşır

Energetika Materials 23 Mart 2023 09:36 (UTC +04:00)
Dünya birjalarında neftin qiyməti ucuzlaşır

Bakı. Trend:

Dünya birjalarında neftin qiyməti ticarət məlumatlarına görə ucuzlaşır.

Trend TASS-a istinadən xəbər verir ki, investorlar ABŞ-da ehtiyatlar və xammal istehsalı ilə bağlı həftəlik statistikanı, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq bir bareli 76,06 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,03% azalaraq 70,17 dollar olub.

Qeyd edək ki, ötən gün ABŞ Energetika Nazirliyi bəyan edib ki, ölkədə kommersiya ehtiyatları həftə ərzində gözlənilmədən 1,1 milyon barel və ya 0,2% artaraq 481,2 milyon barrelə çatıb. Analitiklər isə əksinə ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırmışdılar. Neft hasilatı da eyni zamanda sutkada 100 min barel artaraq 12,3 milyon barelə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti