...

SOCAR Türkiye və Sabancı Universiteti hidrogen layihəsi üzərində işləyir

Energetika Materials 27 Mart 2023 15:18 (UTC +04:00)
SOCAR Türkiye və Sabancı Universiteti hidrogen layihəsi üzərində işləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR Türkiye və Sabancı Universiteti hidrogen layihəsi üzərində işləyirlər.

Trend bu barədə bazar ertəsi Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, SOCAR Türkiye Elmi Tədqiqat və İnnovasiya Mərkəzi Sabancı Universiteti ilə birgə sudan yaşıl hidrogen istehsalı üçün tərkibində yeni nəsil mürəkkəb katalizatorlar olan unikal elektrodlar işləməyi planlaşdırır.

Ötən ilin noyabr ayında Sabancı Universiteti ilə əməkdaşlığa başlamış SOCAR Türkiye Elmi Tədqiqat və İnnovasiya Mərkəzi "Bipolyar membran elektrolizerlərindən istifadə etməklə hidrogen istehsalı üçün unikal anodların hazırlanması" adlı elmi-tədqiqat layihəsini başladıb.

Qeyd olunduğu kimi, təmiz enerji istehsalı texnologiyası Aİ-nin 2050-ci ilədək istixana tullantılarının sıfırlanması üzrə məqsədlərin əldə olunması üçün vacibdir. Bu məqsədə çatmaq üçün daha perspektiv yanacaq hidrogendir. SOCAR Türkiye və Sabancı Universiteti tərəfindən başladılmış tədqiqatlar bu sahəyə töhfə vermək məqsədi daşıyır.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti