...

bp quruda ACE platformasının üst modullarının istismara veriləcəyi tarixi açıqlayıb

Energetika Materials 4 Aprel 2023 14:29 (UTC +04:00)
bp quruda ACE platformasının üst modullarının istismara veriləcəyi tarixi açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) blokunda Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının tikintisinin və quruda sahə istismar sınaqlarının bu ilin ikinci rübündə tamamlanacağını gözləyir.

Trend bp-yə istinadən xəbər verir ki, bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

"Üst modulların tamamlanması ACE layihəsinin yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. Hazırda sahədə istismar sınaqları aparılır və bu işləri 2023-cü ilin ikinci rübündə başa çatdırmağı planlaşdırırıq. Bundan sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və artıq AÇG yatağı sahəsində öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Daha sonra bizə bir neçə ay lazım olacaq ki, tikinti işlərinin və istismar sınaqlarının dənizdə aparılacaq hissəsini tamamlayaq və sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunu qazmağa başlayaq", - o aydınlıq gətirib.

ACE platformasının üst modullarının layihələndirilmiş çəkisi 19600 tondur və buraya neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir.

6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti