...

Azərbaycanla ticari əlaqələrdə yeni səhifə açmaqda maraqlıyıq - ABŞ rəsmisi

Energetika Materials 4 Aprel 2023 16:48 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanla ticari əlaqələrdə yeni səhifə açmaqda maraqlıdır.

Bu barədə ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı Bakı şəhərində keçirilən mətbuat konfransında Trend-in sualına cavab olaraq deyib.

"Biz bərpa olunan enerji sahəsində əməkdaşlığı ilə ticarət və investisiya tərəfdaşlığımızda yeni bir səhifə açmaq istəyirik. COVID-19 pandemiyasından sonra ticarət həcmimizin bərpa olunmasından məmnunuq. Ticarət dövriyyəmiz pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Bizim qarşılıqlı marağımız var, bizim daha çox əməkdaşlıq etməli sahələrimiz var. Bu sahələr ticarət əlaqələrinin genişləndirilməsi üçün əsas olacaqdır. Təkcə bərpa olunan enerji sahəsində deyil, həm də kənd təsərrüfatı, aqrobiznes, informasiya-kommunikasiya texnologiyaları, logistika və nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları var", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti