...

Şimali Makedoniyanın Azərbaycan qazının əlavə həcminə ehtiyacı olacaq - İqtisadiyyat Nazirliyinin dövlət katibi (ÖZƏL)

Energetika Materials 10 Aprel 2023 07:49 (UTC +04:00)
Şimali Makedoniyanın Azərbaycan qazının əlavə həcminə ehtiyacı olacaq - İqtisadiyyat Nazirliyinin dövlət katibi (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniyanın Azərbaycan qazının əlavə həcminə ehtiyacı olacaq.

Bu barədə Şimali Makedoniyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Razmena Çekiç-Durovik Trend-ə özəl müsahibəsində deyib.

"Ölkədə təbii qazın ümumi istehlakı ildə 0,3-0,4 milyard kubmetr təbii qaz təşkil edir. Qaz şəbəkəsinin gələcək inkişafı ilə Azərbaycan qazının əlavə həcmləri tələb olunacaq", - dövlət katibi izah edib.

Razmena Çekiç-Durovik qeyd edib ki, 2023-cü ilin sonuna kimi tikinti üçün podratçıların seçilməsi planlaşdırılır.

“Qaz interkonnektorunun tikintisinin 2025-ci ildə başa çatdırılması və TAP, LNG terminalları və s.-dən qaz tədarükü hesabına ölkəyə təbii qaz tədarükünün şaxələndirilməsi planlaşdırılır”, - o əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük etməyə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya istismarına başladıqdan indiyədək ümumilikdə 22 milyard kubmetr qaz tədarük edib. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti