...

Azərbaycan aviakerosin alışını azaldıb

Energetika Materials 29 May 2023 09:28 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan aviakerosin alışını 2021-ci ildəki 74,6 min tondan 70,6 min tonadək azaldıb.

Trend xəbər verir ki, bu barədə "Argus" müstəqil qiymətləndirmə agentliyinin məlumatında deyilir.

Qeyd olunub ki, idxalın azalmasının əsas səbəbi bu yanacaq növünün daxili istehsalının əhəmiyyətli dərəcədə artmasından ibarətdir.

"TS-1 kerosin idxalının təşviqi üçün Azərbaycan hökuməti 2022-ci ilin ikinci yarısında aksizləri və gömrük rüsumlarını sıfırlayıb. Bu qərar 2023-cü ilin sonunadək qüvvədədir. Tələbatın mövsümi artım dövründə sərnişin və yüklərin hava nəqliyyatı ilə daşınmasındakı artımla əlaqədar olaraq ölkədə kerosin istehlakı ayda 30-35 min tondan 50-55 min tonadək artır. Kerosin idxalı aviadaşımaların canlandığı yaz və yay dövründə yanacaq defisitindən qaçmağa imkan verir", - hesabatda deyilir.

Bundan başqa, ticarət şirkətləri Bakı Neft Emalı Zavodunda emal olunması və daha sonra TS-1 aviakerosini istehsal edilməsi üçün Türkmənistandan tankerlərlə KO-20 və KT-2 kerosini daşıyırlar.

"Treyderlərin məlumatlarına görə, bu yanacağın bir hissəsi Əfqanıstana ixrac üçün göndərilir. 2022-ci ildə Bakı NEZ-də KO-20 və KT-2 kerosini tədarükü 2021-ci ilin həmin dövründəki 60,1 min tonla müqayisədə 4 min tona yaxın olub. İdxalın azalması aprel-may aylarında Bakı NEZ-də aparılan profilaktik təmirlə, həmçinin ötən ilin birinci yarısında Rusiya və Ukraynaya sərnişin reyslərinin bir hissəsinin ləğv olunması səbəbindən kerosinə tələbatın azalması ilə əlaqəlidir", - "Argus"un məlumatında deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti