Kişinyov. Trend:
Biz Azərbaycanı Moldovada Avropa Siyasi Sammitində görməyə və enerji məsələlərini müzakirə etməyə şadıq.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu bu gün Kişinyovda keçirilən 2-ci Avropa Siyasi Sammitinin kuluarlarında jurnalistlərə Belçikanın baş naziri Aleksandr de Kro deyib.
"Azərbaycanla əlaqələr vacibdir və təbii ki, biz çox şadıq ki, bu gün Avropada bir çox ölkələrin nümayəndələri toplaşıblar. Energetika sammitdə müzakirə olunacaq mövzulardan biridir və biz Azərbaycanı burada görməyə və müzakirə imkanı əldə etdiyimizə şadıq,” - baş nazir deyib.