Bakı. Trend:
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Almaniyaya 481,7 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 5, 21 faizini təşkil edir.
Trend xəbər verir ki, illik hesablamada bu göstərici 84,7 faiz və ya 220,883 min ton artıb.
Qeyd olunan dövrdə Azərbaycandan Almaniyaya ixrac edilən neft və neft məhsullarının dəyəri 301,359 milyon dollar olub. Bu isə 2022-ci ilin analoji dövrü ilə müqayisədə 65,75 faiz və ya 119,545 milyon dollar çoxdur.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)