...

OPEC 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu yeniləyib

Energetika Materials 15 İyul 2023 08:00 (UTC +04:00)
OPEC 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu yeniləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada təxminən 30 min barel azalacaq və orta hesabla sutkada 0,7 milyon barel olacaq.

Trend xəbər verir ki, bu barədə OPEC-in proqnozunda deyilir.

Eyni zamanda, OPEC-in məlumatına görə, "Şahdəniz", "Abşeron" və "Ümid-Babək" qaz-kondensat layihələri hesabına müəyyən artım gözlənilir.

Bundan əlavə, Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqlarında hasilatın gələn il yeddinci platformanın istifadəyə verilməsi ilə artacağı gözlənilir. Lakin qeyd edilir ki, istehsalın bu planlaşdırılmış artımına baxmayaraq, ümumi həcmlərdə azalma olacaq.

Qeyd edək ki, OPEC həmçinin 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatının sutkada 22 min barel artacağını və bu da orta hesabla sutkada 0,7 milyon barel olacağını gözləyir.

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda neft və kondensat hasilatı 15,2 milyon ton, ixrac isə 12,7 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti