...

Azərbaycan-Türkiyə bu illər üzrə yol xəritəsini imzalayıb

Energetika Materials 29 Sentyabr 2023 18:00 (UTC +04:00)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Naxçıvan. Trend:

Türkiyənin "TEIAŞ" şirkəti ilə "Azərenerji" ASC 2023-2025-cü illər üzrə birgə layihələrin icrası üzrə yol xəritəsi imzalayıb.

Trend cümə günü xəbər verir ki, sənədi "Azərenerji" ASC-nin vitse-prezidenti Vüqar Şahmuradov və "TEIAŞ"ın baş direktoru Orxan Kaldırım imzalayıb.

Yol xəritəsi Azərbaycanla Türkiyə arasında enerji dəhlizi üzrə layihənin icrasına yönəlib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti