Naxçıvan. Trend:
Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri (BEM) Dövlət Agentliyi və "ACWA Power" enerji şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi)” imzalanıb.
Trend cümə günü xəbər verir ki, sənəd Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selin Güvən tərəfindən imzalanıb.
İmzalanma mərasimi Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu çərçivəsində baş tutub.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)