...

"MOL Group" "Azəri-Çıraq-Günəşli"də əsaslı xərcləri azaldıb

Energetika Materials 14 Noyabr 2023 13:06 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın "MOL Group" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə 2023-cü ilin üçüncü rübündə əsaslı xərcləri ötən ilin analoji dövründəki gündəlik 38,7 milyon dollarla müqayisədə azalaraq, 33,3 milyon ABŞ dolları olub.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Beləliklə, şirkətin AÇG-nin işlənməsinə əsaslı xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə, təqribən 14 faiz azalıb.

AÇG-də digər xərclər 2023-cü ilin üçüncü rübündə 2022-ci ilin üçüncü rübündəki 0,8 milyon dollarla müqayisədə 0,9 milyon dollar olub

Şirkət, həmçinin, AÇG-də kapital qoyuluşunda öncəki rüblə müqayisədə 3,2 faiz azalma qeydə alıb. Belə ki, 2023-cü ilin ikinci rübündə şirkət yatağın işlənilməsinə təqribən 34,4 milyon dollar sərf edib.

2023-cü ilin doqquz ayı ərzində "MOL Group"un AÇG-nin işlənilməsinə əsaslı xərcləri 2022-ci ilin analoji dövründəki 113,2 milyon dollarla müqayisədə 100,7 milyon dollar olub ki, bu da 11 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, 2023-cü ilin ilk üç rübü ərzində bp və tərəfdaşlarının AÇG-də əməliyyat xərcləri təqribən 365 milyon dollar, əsaslı xərcləri isə 1,109 milyard dollar olub.

Hesabat dövründə AÇG-də əməliyyat xərcləri illik hesablamada 8,3 faiz artıb, əsaslı xərclər isə 8 faiz azalıb.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti