...

Azərbaycan vasitəsilə neft tədarükünün artması Orta Dəhlizin aktuallığını artırır - Zaur Qəhrəmanov

Energetika Materials 6 İyun 2024 14:14 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizi və Azərbaycan vasitəsilə neft və neft-kimya məhsullarının tədarükünün artması Orta Dəhlizin aktuallığını artırır.

Trend xəbər verir ki, bu barədə bu gün SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində deyib.

"Hazırda xarici şirkətlər, misal üçün BƏƏ şirkətləri və digər inivestorlar Orta Dəhlizin əhəmiyyətini qəbul edir və onun inkişafını maliyyələşdirməyə hazırdır", - deyə o vurğulayıb.

Z.Qəhrəmanovun sözlərinə görə, Orta Dəhliz multimodaldır, konteynerlərlə gəmilərdə yüklər, o cümlədən tankerlərdə neft və neft məhsulları daşınır və həcmlər artır.

Qeyd edək ki, Orta Dəhliz 10 ildir ki, fəaliyyət göstərir, lakin geosiyasi reallıqlar səbəbindən son 2-3 ildə ən aktiv şəkildə inkişaf edir.

2023-cü ildə Orta Dəhlizdən 2,7 milyon ton yük keçib (86 faiz artım) bu il həcmin 4,2 milyon ton olacağı nəzərdə tutulur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti