...

SOCAR ölkədə fəaliyyət göstərən bütün neft-qaz şirkətlərini metan emissiyalarının azaldılması öhdəliklərinə qoşulmağa çağırır

Energetika Materials 3 Oktyabr 2024 16:41 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə fəaliyyət göstərən bütün neft-qaz şirkətlərini metan emissiyalarının azaldılması öhdəliklərinə qoşulmağa çağırır ki, 2050-ci ilə qədər ölkənin neft-qaz sektoru metan emissiyalarını sıfıra endirsin.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən “Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)” adlı konfransda bildirib.

“SOCAR 2023-cü ilin dekabrında dekarbonizasiya ilə bağlı, xüsusən də 2035-ci ilə qədər metan emissiyalarının 0,2 faizə, 2050-ci ilə qədər isə sıfıra (Net Zero) çatdırılması daxil olmaqla konkret öhdəliklər götürüb.

Biz, Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən bütün operator şirkətlərin dekarbonizasiya ilə bağlı bütün beynəlxalq öhdəliklərə əməl etmələrini dəstəkləyirik,” - M.Qurbanlı qeyd edib.

Onun sözlərinə görə, SOCAR və BP metan emissiyalarının azaldılması ilə bağlı rəhbər prinsiplərin (Methane Guiding Principles, MGP) həyata keçirilməsində aktiv və birgə iştirak edirlər və bu əməkdaşlıq müsbət nəticələr verir.

Bu şirkətlər metan emissiyalarının izlənməsi və emissiya hesablamaları üçün süni intellektin tətbiqini də həyata keçirirlər.

Bu proqram (Methane.AI) COP29-da təqdim ediləcək.

Qeyd edək ki, atmosferin ozon təbəqəsindəki radiasiya problemlərinin təxminən 30 faizi metan emissiyalarından yaranır.

COP29-da metanla bağlı ayrıca panelin keçirilməsi planlaşdırılır və bir sıra Bəyannamələrin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti