Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,5 min ton neft bitumu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 min ton və ya 8,1% azdır.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 32,1 min ton neft bitumu istehsal edilmişdi.
Bu ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 15,7 min ton təşkil edib.
Eyni zamanda, cari ilin yanvar-fevral aylarında Azərbaycanda 37,9 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 min ton və ya 6,4% azdır.
Ötən ilin yanvar-fevral aylarında ölkədə 40,5 min ton neft koksu istehsal edilmişdi.
Cari ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 20,6 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.